Menu

Şuşada yaşayanlara tibb xidmətlərin göstərilməsi qaydası açıqlanıb

19.07.2022, 11:24
Şuşada yaşayanlara tibb xidmətlərin göstərilməsi qaydası açıqlanıb

"Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur".

"Report" xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.

Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir: "Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol