Fəallar açıq məktubu illik qul halına salınmış xalqlar həftəsinə həsr ediblər. Həftə Amerika Birləşmiş Ştatlarında (ABŞ) 1959-cu ildən keçirilir.
Moskva tərəfindən qul halına salınmış millətlərin nümayəndələrini birləşdirlən «Qul edilmiş millətlər liqası» kömək üçün ABŞ Prezidenti Co Baydenə müraciət edib. Buryatiyadan, Mordovadan və Tatarıstandan olan fəallar Amerika Prezidentindən xahiş ediblər ki, onların xalqlarını öz müqəddəratını təyin etmək barədə hüquqlarının reallaşmasında dəstəkləsin.
Bu barədə «İdeal.Realii» yazır.
Fəallar açıq məktubu hər il keçirilən qul halına salınmış xalqlar Həftəsinə həsr ediblər, həftə ABŞ-da 1959-cu ildən keçirilir. Buryatiyanın qadın nümayəndəsi Racana Duqar-DePonte, tatar İrşat Habi və finn-macar xalqının nümayəndəsi Vitali Romaşkin Vaşinqtonda öz xalqlarının bayrağı ilə aksiya təşkil ediblər.
«Buryat olaraq, mənə dərk emək ağır gəlir ki, Kreml öz cinayətkar məqsədlərinə çatmaq üçün - yeni ərazilər ələ keçirmək və imperiyanın sərhədlərini genişləndirməkdə buryat uşaqlarından istifadə edir. Özəlliklə, müharibə - Moskvanın buryat kəndlərindən olan uşaqlara təklif etdiyi yeganə məşuliyyətdir. Növbəti müharibədə qurbanlıq ət kimi çürümək. Mən, Buryatiya üçün və öz xalqıma belə gələcəyi arzulamıram» - Racana deyib.
Bundan əvvəl Buryatiyadan olan nümayəndə danışıb ki, bölgə sakinlərini zorla necə müharibəyə göndərirlər. Həm də KİV-lər yazıblar ki, Buryatiyadan olan hərbçiləri demək olar, hər gün dəfn edirlər.
Azad Xalqlar Liqası - Başqurd, Buryat, ingermanlandsk, kazak, kalmık, tatar və erzyansk milli hərəkatları açıq şəkildə bəyan ediblər ki, onların məqsədi yeni milli dövlətlər yaratmaq və Rusiya Federasiyasının təkibindən çıxmaqdan ibarətdir.
Mahiyyət etibarilə bu, Rusiya Federasiyası adlı imperiyanın dağılmasının başlanğıcı sayıla bilər.
AzPolitika.info


Şərhlər
Allah Azzə və Cəllə rusiya və digər imperiyaların çöküşünü tezləşdirsin!