Türkiyənin "Haber Global" televiziyası işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin qayıdışı ilə bağlı reportaj hazırlayıb.
"Report" xəbər verir ki, televiziyanın müxbiri Ela Sezen erməni işğalından azad edilən Qarabağda ilk “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi Zəngilan şəhərindəki son vəziyyəti açıqlayıb.
Reportajda bildirilir ki, “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi Zəngilan şəhərinin Ağalı kəndində vətəndaşların yerləşdirilməsinə başlanılıb. 41 ailədən 201 nəfər öz doğma yurduna qayıdıb.
Ağalı kəndində məskunlaşacaq ilk vətəndaş qrupu Zəngilanın Ağalı kəndinə getmək üçün Bakıdan yola düşüb.
Dörd mərhələdə həyata keçiriləcək prosesin birinci mərhələsində Ağalı kəndində 40-dan çox ailənin köçürülməsi nəzərdə tutulub. Vətəndaşların məşğulluğu, sosial, təhsil və səhiyyə məsələləri aidiyyəti qurumlar tərəfindən təmin ediləcək.


Şərhlər
Gözünüz aydın, ay ELLİLƏRimiz! Ehtimal ki, hazırda doğma ata yurduna qayıdacaq ailələrin sayı iki milyondan az deyil? Vətəndaşlarımızın soyqırım terroru ilə məhv edilmiş doğma insan hüquqlarının bərpasınsa Aİ da səhv etmirəmsə, 60 milyon yardım vəd edib?
Xeyirli, uğurlu olsun!!!
Allah Azzə və Cəllə mübarək eləsin. Qarabağımızın erməni, rus, fars işğalçılarından azad edilən günü də tezliklə görək!