Astana platforması Suriya böhranında həll yolunu tapmaq üşün yeqanə təsiredici təşəbbüsdür.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, Suriya böhranın yaratdığı bütün məsələlərin yükünü ən çox daşıyan ölkə Türkiyədir.
Ərdoğan Suriyanın ərazi bütövlüyünə PKK-YPG və digər terror təşkilatlarının olduğunu əlavə edərək, ölkəsinin terrorla mübarizəni kimin dəstəkləyib-dəstəkləmədiyinə baxmayaraq və yerindən asılı olmayaraq davam etdirəcək: “Rusiya və İrandan gözləntimiz bu məsələdə bizə dəstək olmaqdır. İŞİD, PKK-YPG və digərləri ilə mübarizə davam etməli, Suriya xalqına dəstək bu terror təşkilatlarını buralardan təmizləmək olmalıdır. Əli qanlı terror təşkilarlarına qarşı mübarizəmizi bundan sonra da davam etdirəcəyik”.
Prezidentinin sözlərinə görə, Türkiyənin terroçulardan təmizlədiyi ərazilərə 500 mindən çox suriyalı geri dönüb, 1 milyon insanın geri dönməsi üçün də işlər davam edir.


Şərhlər