Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinə başlayıb.
Ermənistanın kapitulyasiyası ilə bağlı Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirlər görülüb, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığı məlumatlandırılıb.
Bir saat sonra hadisə yerinə sülhməramlıların şəxsi heyət qrupu gəlib. Lakin Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini, həmçinin aparılan işləri dayandırmaq əvəzinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin ediblər və gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini üzərinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Görünür, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
Rusiya sülhməramlılarının komandanlığına belə bir sual ünvanlayırıq: Nə baş verir və Rusiya hərbçilərinin hərəkətləri necə başa düşülməlidir? (Haqqin.az)

Şərhlər
Nə olsun? Kimdir xəbərdarlığa diqqət edən.? Ciddi ölçü götürülməlidir.
Nə vaxtacan biz problemləri ani-operativ çevikliklə həll edib, qapamaq əvəzinə uzaqlardan rica və minnətlə nəsə gözləyəcəyik? Kim nəyi qəbul etmir və bəyənmir, YAXŞI YOL və həmin uzaqlarda onlara UĞURLAR!
Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür, deməli rus və erməni keçisinin vaxtı çatıb
Rus özü deyir ki,işğalçı da,talançı da mənəm.....
A balam,ermənistanın heç nəyi yoxdu döyüş mövqeyi yaratmağa.Rus murdarməramlıları yaradır oralarda hər şeyi,öz adlarına yarada bilmədikləri üçün bir-iki dılğır ermənini qabağa verirlər ki,soruşan eliyən olsa deyərsiniz ruslar deyil,biz yaradırıq.Çünki dünya xristianları görsə ki,ermənidi orada döyüş mövqeyi-filanı yaradan,ləzzət alacaqlar.Vay o günə ki bilələr ruslar yaradır.Ona görə müharibədən dərhal sonra gedib yerevandan-zaddan qaçqın erməniləri maşınlara doldurub gətirdilər oralara.Yəni siz olmadan nələrisə yaradası olsaq hərkəs biləcək ki ruslar səngər qururlar,hərbi bazalar tikirlər özlərinə.Gəlin buralarda kölgə kimi hərlənin fırlanın,deyək ki sizi qorumağa gəlmişik.