Menu

"Məhkəmənin qanunun aliliyinin təmin ediləcəyini inanıram" - Mövlam Şixəliyevdən müraciət

20.07.2022, 16:11
"Məhkəmənin qanunun aliliyinin təmin ediləcəyini inanıram" -  Mövlam Şixəliyevdən müraciət

İyul ayının 26-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin növbəti məhkəmə prosesi keçiriləcək.

Bu barədə "AzPolitika.info"-ya təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov məlumat verib. C. Yusifov bildirib ki, məhkəmə prosesiöncəsi Mövlam Şixəliyev ictimaiyyətə müraciət ünvanlayıb.

O, müraciətində bildirib ki, artıq məhkəmə prosesinin istintaq mərhələsi tam yekunlaşıb.

"Növbəti məhkəmə prosesi dövlət ittihamçısının çıxışıyla başlayacaq. İbtidai istintaq zamanı mənim hüquq və mənafeyim pozulub, mənə qarşı kifayət qədər qanunsuzluqlar edilib. Buna baxmayaraq o, məhkəmənin ədalətli olacağına və çıxarılan məhkəmə aktıyla qanunun aliliyinin təmin ediləcəyini inanıram" -deyə, Mövlam Şixəliyevdən müraciətində bildirib. 

Vəkilin sözlərinə görə, M.Şixəliyev onu da qeyd edib ki, o, istintaq üzrə tanınan 32 zərərçəkmiş şəxsin heç birinə hər hansı zərər vurmayıb: "Ümumiyyətlə onları tanımır və real həyatda heç biri ilə heç vaxt qarşılaşmayıb. Bu məhkəmə prosesi zamanı da öz təsdiqini tapıb. Onu da qeyd edim ki, həmin şəxslər barəsində məhkəmənin hökmü bu gün də qüvvədədir. Bu baxımdan M.Şixəliyev məhkəmənin ədalətli olacağına inamını bildirərək, müvafiq qurumlardan bu işə ədalətli yanaşmalarını xahiş edir".

"AzPolitika.info"

Şərhlər

Ramo 2022-07-20 21:34:40

Bəs sən vəzifədə olanda qanunun aliliyinə riayət edirdin ki, indi xeyir ola cənab "general"...

Müəllim 2022-07-20 18:35:53

Mövlam bəy.tapılmayan şeyi axtarana nə deyilir? Bu məhkəmələrdən arzuladığının baş verəcəyinə inam haradandır?

Polad 2022-07-20 18:18:46

Mövlan m deyerli insandı

Eli 2022-07-20 16:20:30

Baxın görün bizim dövletin tehlükesizliyini kimlere hevale edlib-moşenniklere baş kesen rüşvetxırkara ki heç öz şexsiyyetine hörmet ede bilmirler,bunlar dövletin tehlükesizliyi anlayışı nedir heç başa düşürler?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol