RUSLARIN QARABAĞA GİZLİ SİLAH DAŞIDIĞI AŞKARLANDI - Azərbaycan Ordusu tərəfindən qarşısı alındı

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Trend xəbər verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

635x100

Şərhlər

Vuqar Memmed.oglu 2022-07-21 20:13:41

Erməni belə primitiv metodlarla yüngül silahlar tədarük edə bilər bu axı gülməlidi!

dadaşyev 2022-07-21 11:43:27

Aydındır ki,böyük təxribat hazırlanır Azərbaycana qarşı.Perestroyka vaxtındakı səhvlərimizdən nəticə çıxarmasaq iş yenə get-gedə böyüyəcək.Vaxtında və çevikliklə hər şeyə cavab vermək lazımdır.Eləcə silah dolu maşınları geri çevirməklə-filanla bu son dərəcə əcaib tülkülüyün üstündən keçmək olmaz.Biz Rusiyaya silah daşısaq Rusiyada nə təlatüm baş verərsə bizdə də o baş verməsə dinc dayanmaz azğın ruslar.Hələ ki hüquqən dünya bizim tərəfimizdədi və Türkiyəylə Pakistan da aşkarca bizim tərəfimizdədi.Ərdoğanın əvəzinə gələn il bir başqası olarsa durumlar fərqli ola bilər.Murdarməramlıların oradakıları tərksilah etməli olduqları halda əksinə,oradakılara silah daşımaları bizim təcili tədbir görməymiz üçün gözəl fürsətdi.Üstəlik Rusiyanın başı Ukraynada möhkəm qarışıqdı,dünyanın da sanksiyaları gün-gündən artır.Nəyi gözləyirik?Babək demiş,igid bir dəfə ölər,qorxaq min dəfə.Onsuz da camaatın yaşayışı da yaşayış deyil,heç olmasa gedək savaşaq,döyüşdə ölək acından ölməkdənsə.Bilək ki nəyəsə dəydi həyatımız,ömrü şərəflə başa vurduq.

Əski Xankəndli 2022-07-21 09:03:09

Bu aşıqlanmayan əski separatizmin eynidir və Azərbaycan öz dövlətçiliyini mühafizə etmək üçün kənar heç kimə güvənmədən kəskinliklə qarşısını almalı, hər hadisəni mühakimə etməlidir-silahı kimlərə çatacaqdı və Sülməramlılardan kimlər döşəkləri buraxacaqdı? MM Sülhməramlı və silahları qəbul edəcək erməni vətəndaşların ən yüngül cəzası tezliklə və birdəfəlik Azərbaycanı tərk etməsidir!

Son yazılar