2020-ci ilin payızında Azərbaycan ordusu cərrah dəqiqliyi ilə əməliyyat keçirərək Qarabağın böyük hissəsini 30 il ərzində bölgəni zəhərləyən irinli xəstəlikdən təmizlədi.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
“2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Üçtərəfli Bəyanat imzalanarkən Bakının istəyi ilə sənədə dörd saylı bənd daxil edilib. Burada Rusiya sülhməramlı kontingentinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq əraziyə yerləşdirilməsi qeyd olunub. Bununla belə, bu günədək, demək olar ki, iki il keçsə də, bu bəndə (eləcə də regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair 9-cu bəndə) həm Ermənistan, həm də Rusiya tərəfindən məhəl qoyulmur. Üstəlik, 1988-1992-ci illərdəki vəziyyət demək olar ki, eynilə təkrar olunur”, - deyə videomaterialda qeyd edilir.
Bu barədə daha ətraflı “Caliber”in süjetində:

Şərhlər
Bəli, 1987 ci ilin fevralında azərbaycanlılara qarşı separatca hazırlanmış və Ermənistanın 14.06.1988 tarixli fərmanı ilə təsdiqlənən soyqırım terrorunun 27.09.2020 tarixdəki davamına qarşı Azərbaycan Ermənistanla aralıq rayonlarda işğaldan azadlıq hərəkətinə məcbur qaldı? 10.11.2020 tarixində üçtərəfli razılıq bəyan edilsə də keçən il yarım müddətinə belə Azərbaycan yuxarı Qarabağ rayonlarında Konstitusion səlahiyyətləri hələlik bərqərar olmayıb?
Sülhə gedişlər Sülhməramlılara ehtiyac duyulmadığını və qeyri-müəyyənlikdə hər üç ölkənin lüzumsuz xərclərə yol verdikləri aşkardır. Aradakı Hərbi durumdan Vətəndaş Sülhünə keçidin zamanı da artıq yetişib! Yeni silahlı hərəkətə şans saxlamaq olmaz?