Menu

Sumqayıtda məktəbdə pul yığılması ilə bağlı fakt təsdiqini tapıb

22.07.2022, 12:04
Sumqayıtda məktəbdə pul yığılması ilə bağlı fakt təsdiqini tapıb

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.

İdarədən APA-ya verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.

Şərhlər

Roma 2022-07-22 15:23:47

Məncə, bu fakt demək olar ki, məktəblərin hamısında da olmasa, böyük əksəriyyətində belədir. Belə ki, məktəblərin, elə bağçaların da, rəhbərliyi hazırkı dövrdə, rüşvət, mənimsəmə hesabına yaxşı dolanışığa malikdirlər. Bağçalara uşaq qəbulu, uşaqların yeməyinə necə deyərlər "şəriklik", məktəblərdə də təmir, təsərrüfat xərcləri, dərsə gəlmiyənin qeydiyyat məsələsi, müəllimlərin dərs bölgüsü və s. və i. üzrə yığımlar dediyimin əyani sübutudur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol