Menu

Hulusi Akar və Sergey Şoyqu arasında görüş olub

22.07.2022, 17:40
Hulusi Akar və Sergey Şoyqu arasında görüş olub

Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazirlər qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Ukraynadakı durum barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, S.Şoyqu Ukraynadan taxıl daşınmasına dair Türkiyə və BMT ilə saziş imzalamaq üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol