Menu

ABŞ-da parkda atışma olub, ölənlər var

22.07.2022, 23:44
ABŞ-da parkda atışma olub, ölənlər var

ABŞ-ın Ayova ştatının Makoket parkında atışma baş verib. "Report" xəbər verir ki, bu barədə polisə istinadən ABC News məlumat yayıb.

Hadisə yerindən 3 nəfərin meyiti tapılıb. Polis parkda araşdırma apararkən özünü güllələdiyi iddia edilən şübhəlinin meyitini tapıb.

Parkın ərazisində yerləşən uşaq çadır şəhərciyi boşaldılıb. Hələlik Makoket parkı bağlı qalır, lakin insanlar üçün artıq təhlükə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol