Menu

Bakıda evdə partlayış olub, xəsarət alan var

22.07.2022, 23:59
Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib. "Report" bu barədə FHN-ə istinadən xəbər verir.

Partlayış dalğasının təsirindən evin ön divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol