Menu

Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib - Hər iki sürücü ölüb

23.07.2022, 12:11
Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib - Hər iki sürücü ölüb

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.

"Report"un məlumatına görə, hadisə magistral yolun 108-ci km-də baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol