"ƏL ÇƏKİN BUNDAN! CƏZALANDIRILACAQSINIZ" - Prezidentdən sərt xəbərdarlıq

"Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir".

Bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

"Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. 

Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır", - dövlət başçısı bildirib.

635x100

Şərhlər

Cavidan 2022-07-26 11:40:09

Şifahi göstəriş və xəbərdarlıqların təsiri olmadığı ortadadır.Deməli icra strukturu ta düzgün qurulayıb.ya da qəsdən belə yönəldilir.Azəbaycana tenidənqurma təcili vacibdir.Yoxsa ölkə məhv olur.

Dövlətini sevən 2022-07-25 23:09:56

Şəkinin inkişafı üçün savadlı, təcrübəli və ciddi bir icra başçısı lazımdır ?

Qazi 2022-07-25 22:12:00

Lənkəranda dəniz kənarları çimərliklər zəbt olunub Beluqa adlanan çimərlik ərazisi dəmir hasara alìnìb xalqa məxsus olan bu dənizi kim satıb icra başçısı, ekologiya nazirliyi ,Sərhəd xidmətinin Sahil mühafizəsinin bunlardan xəbərləri yoxdur

Hərbi əlil 2022-07-25 21:25:24

Lənkəran rayonu Haftoni qəsəbəsindən 3 km yüksəklikdə dağlıq ərazidə qədim isti su mərkəzi var və qiymətlər insanları qane edir.Vana qəbulu adam başı 3 manat amma bura qalxan 3km yol bərbad gündədir icra başçısı bunu bilmir.

Hərbi əlil 2022-07-25 21:08:50

Lənkəran çimərlikləri bazarı biyabırçı gündədir icra başçısı bunları görmür.

Nerbala 2022-07-25 20:20:44

Icra bascilarini vitrine qoyub arxa qapidan ogurluq edenler coxdur. Heyatda o sexs xosbextdir ki vicdani onu aldatmir ve olumun ne mena ifade etdiyini daima derk edir. Qohumbazliq yerlibazliq tayfabazliq tanisbazliq tapsiriqbazliq davam edir. Hec neyi malalamaga ehtiyac yoxdur. Teyin olunanlarin ata analarinin nene babalarinin kimlerle yaxin elaqede olduqlari hansi zonaya aid olduqlari bilinir. Gerek bizde online xaricden hansisa kraliyyet universitetinin sertifikatini alib bir yeraz tanis tapaq! Yaxin vaxtlarda teyin edilen bascilarin hec birinin fealiyyeti musbet deyil yeni teyin edildikleri eraziye yenilik yaxud inkisaf getirmeyibler. Sadece olaraq rusvet almirlar o da ona goredir ki maaslari artib. Coxusu bakida isleyib 1000 manat almaqdansa rayonda isleyib 5000 manat alib sakit dinmez yasayib statuslu vezifeli gorunmek isteyen mama-papa balalaridir.

Eli 2022-07-25 15:36:09

İki ile yaxın bir müddetdir ki Emlak komitesi respublika üzre kend teserrüfatı sahesinde dövlet terefinden ehaliye verilen oay torpaqlarının teqiqleşdirilmesi işlerine başlanıldı,tebii ki Prezidentin müvafiq fermanına esasen ve yerlerde dediler ki 2021- ci ilin sonuna teni çıxarışlar berikecek, bu günedek ne asqıran var ne ösküren .Ne işle meşquldur iqtisadiyyat nazırliyinin müvafiq qurumları, günde de bir nağıl danışırlar.

Son yazılar