Menu

Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edəcək

27.07.2022, 11:41
Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edəcək

“Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

“Report”un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu kimi hallar başqa ölkələrdə də baş verir: “Təhsil Nazirliyi də zərərçəkənlər sıradadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllimlər də buna əməl etməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol