Menu

"İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoya bilərik" - Türkiyə XİN başçısı

27.07.2022, 12:16
"İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoya bilərik" - Türkiyə XİN başçısı

“İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv 100”ə müsahibəsində deyib.

O söyləyib ki, öhdəliklərdən biri də terrorçuları dəstəkləməməkdir: “Bu dövlətlər terrorçuları hələ Türkiyəyə qaytarmayıb. Əgər öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək. Əks halda isə sənədlərin ratifikasiyasına ehtiyac qalmayacaq və İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyulacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol