Menu

YOLUXMA SAYINDA CİDDİ ARTIM OLDU - Ölənlər də var + FOTO

27.07.2022, 17:52
YOLUXMA SAYINDA CİDDİ ARTIM OLDU - Ölənlər də var + FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 103 aktiv xəstə var. Bu günə qədər 9 741 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.

Şərhlər

Said 2022-07-27 17:23:47

Sərhədlər bağlı olduğuna görə xalq stress keçirir, immunitet zəifləyir. Ona görə də xəstələrin sayı artır və artacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol