Menu

Qurban Qurbanovla "Sürix"in futbolçusu arasında insident baş verib

27.07.2022, 23:56
Qurban Qurbanovla "Sürix"in futbolçusu arasında insident baş verib

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident baş verib.

"Report"un məlumatlna görə, 101-ci dəqiqədə Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib.

"Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb.

Şərhlər

Azer 2022-07-28 00:27:13

Qurban muallim hamisaki kimi cox yuksak madaniyyatini numayis etdirarak haqsizliga qarsi ozunamaxsus sakilds etirazini bildirdi.Halal olsun,Siza Azarbaycanin corayi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol