Menu

Qərb payızda Ukraynanın silahlandırılmasını dayandıra bilər - ABŞ SQ polkovnik-leytenantı

29.07.2022, 00:10
Qərb payızda Ukraynanın silahlandırılmasını dayandıra bilər - ABŞ SQ polkovnik-leytenantı

Artıq payızda Qərb ölkələri Ukraynaya silah tədarükünü dayandıra bilərlər - anti-Rusiya sanksiyaların, enerji böhranı və Ukrayna böhranının uzanması səbəbləri ilə öz əhalisinin narazılığına görə. Bu fikri ABŞ Silahlı qüvvələrinin polkovnik-leytenantı Deniyel Devis səsləndirib.

«Getdikcə daha çox ehtimal edilən bu ssenari odur ki, payıza və qışa qədər avropalı və amerikalı liderlər güclü təzyiq altına düşəcəklər və ya Kiyevə pul və silah axınını ya yavaşıdacaqlar, ya da dayandıracaqlar. Qərb ölkələrinin iqtisadiyyatı ressesiyanın yaxınlaşması əlamətləri göstərirlər. Rusiyaya qarşı yönəldilmiş miqyaslı sanksiyalar, benzin qiymətlərinin tarixi maksimuma qədər artması, dünyanın ərzaq ehtiyatları demək olar, böhranaqədərki səviyyəyə düşüb, praktiki olaraq bütün ərzaqların qiyməti artıb. Avropada qazla bağlı situasiya Qərb ölkələrinin Ukraynanı dəstəkləməsinin ixtisarı üçün tətik rolunu oynaya bilər» - Devis «19FortyFive» üçün yazdığı yazıda qeyd edir.

Hərbçinin fikrincə, əgər böhran qışa qədər başa çatmasa, o zaman onun nəticələri NATO ölkələri üçün sərt olacaq. Avropalılar və amerikalılar hakimiyyətə qarşı təzyiqləri gücləndirəcəklər ki, onlar USQ-ni silahla təmin etməyi və Kiyevi maliyyələşdirməyi dayandırsınlar.

«Avropa paytaxtları, Vaşinqton və Kiyev hazırda bu təzyiqin başlanmasına qədər fikirləşməlidirlər ki, əgər təzyiq həddindən artıq güclü olarsa, necə reaksiya verəcəklər ki, Qərb hökumətləri buna tab gətirə bilsinlər. Gözləmək alınmayacaq. Daxili təzyiqlərlə üzləşən zaman ona ümid etmək olar ki, ölkələrin çoxu Ukraynanın maraqlarından çox, özlərinin milli maraqlarına üstünlük verəcəklər» - o, qısaca izah edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol