Menu

Estoniya Rusiya vətəndaşlarına yaşayış və təhsil vizalarının verilməsini dayandıracaq

29.07.2022, 00:48
Estoniya Rusiya vətəndaşlarına yaşayış və təhsil vizalarının verilməsini dayandıracaq

Estoniya Rusiya vətəndaşlarına müvəqqəti yaşamaq və təhsil vizalarının verilməsini dayandıracaq. Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Bundan əlavə, Rusiya və Belarus vətəndaşlarının qısamüddətli işə götürülməsi yalnız Estoniya tərəfindən verilmiş etibarlı vizaya malik olduqda mümkündür.

Vurğulanır ki, Rusiya və Belarus vətəndaşları üçün Aİ-nin digər üzv dövləti tərəfindən verilmiş qanuni yaşayış icazəsi ilə qısamüddətli məşğulluq artıq qeydiyyata alınmayacaq, buna görə də onlar qısamüddətli iş üçün uzunmüddətli viza müraciəti edə bilməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol