Menu

Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb

29.07.2022, 16:37
Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb

Azərbaycanda məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, bundan sonra məhkəmə hakimlərinə məzuniyyətə çıxan zaman yalnız məzuniyyət pulu ödəniləcək.

Qeyd edək ki, indiyədək isə hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqı ilə yanaşı, 2 aylıq vəzifə maaşı həcmində pul vəsaiti də ödənilirdi.

Şərhlər

Miri 2022-07-29 19:29:03

Dədəm kündəni sayır, nənəm kündəni kəsir. Maaşı artırmısan dat bu birisinin qulağından niyə kəsirsən ay cənab Samir müəllim, yoldaş, товарищ, господин...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol