Menu

"Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil" - Nazir

29.07.2022, 18:29
"Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil" - Nazir

“Qətiyyən bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil".

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir:

"Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”.

“Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq”, - nazir vurğulayıb.

Şərhlər

Tural 2022-07-29 19:14:36

Ləğv deyil nə nəmənədi? Bəsdi mənölüm. Tısbağanı ya öldürdün, ya çevirdin. İkisi də eyni nəmənədi. Qudbay Akademiya. Sən də Ramizin zibilinə düşdün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol