UKRAYNA QASPARYANI AXTARIŞA VERDİ – “Ukraynanın denasifikasiyası” fikrini ilk ortaya atan erməni imiş

Ukrayna Milli Təhlükəsizlik Xidməti rusiyalı politoloqlar Armen Qasparyan və Timofey Sergeytsevi beynəlxalq axtarışa verib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Qasparyanla Sergeytsevə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürülüb.

Xəbərdə qeyd olunur ki, Putinin və ətrafındakıların tez-tez istifadə etdiyi “Ukraynanın denasifikasiyası” terminini ilk olaraq gündəmə gətirən məhz Armen Qasparyan olub. 

O, hələ 2018-ci ildə nəşr etdirdiyi “Ukraynanın denasifikasiyası. Dərs çıxarmayan ölkə” adlı kitabında Ukrayna dövlətçiliyinin əleyhinə çıxıb və Rusiyanı bu ölkəyə qarşı hərbi hücuma keçməyə çağırıb. Məhz bu mikrob görünüşlü canlı ilk dəfə “denasifikasiya” ifadəsini gündəmə gətirərək, onu Ukraynaya qarşı tətbiq edib. 

Putin isə həmin ifadədən Ukraynaya qarşı işğalçılıq müharibəsində saxta bəhanələrdən və məqsədlərdən biri kimi istifadə edib. Ukraynanın beynəlxalq axtarış qərarından sonra Qasparyan artıq Avropaya və digər sivil ölkələrə səfər edə bilməyəcək.

Onu da qeyd edək ki, Qasparyan Rusiyanın mərkəzi təbliğat kanallarında daim Azərbaycan əleyhinə təxribatçı mövqeyi və çıxışları ilə seçilib.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Türk Turan 2022-07-30 12:59:40

Bu şərəfsizlər həmişə alçaqlıqda, terrorda, saxtakarlıqda, vicdansızlıqda birinci olublar...

Roma 2022-07-30 11:24:18

Günah qasparyanın milli mənsubiyyətindədir, ermənidir, aftafa əllərində yalandan Rusiyaya yalmanırlar. Rusiyaya bir şey olsa 1-ci üz çevirən ermənilər olacaq...Rusiyanın şovinist, yalan təbliğat maşınının saksifon piləyənləri ermənilərdir...baqdasar, tiqran geotayan, marqo simon, bakılı roman balayan, andronik miqronyan, zori balaoğraş və s...

Ferqan Uzbeyov 2022-07-30 09:35:27

Taxt-tac, özəl hərislik çoxdan dövləti-milli məsuliyyəti üstələyib? RFda marağı qalan əski prezidenti Ukraynanı, elə Krımı təslim edənlərlə idarə etmirdimi? Azərbaycan da illərdir BMT TŞnın operativ-hüquqi Qarabağ həllini mikromafiyanın idarə etdiyi Kremldən gözləməkdədir?

Son yazılar