Menu

Türkiyənin meşə yanğınları kurort ərazisinə çatıb

29.07.2022, 22:45
Türkiyənin meşə yanğınları kurort ərazisinə çatıb

Türkiyənin cənub-qərbindəki məşhur turizm şəhəri Marmarisdə meşə yanğınları kurort ərazisinə çatıb. "Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Yanğınlar meşə yaxınlığında yerləşən otellərdən birinin ərazisinə yayılıb və bir neçə binanı məhv edib.

Marmaris bələdiyyəsinin sədri Mehmet Oktay bildirib ki, otelin və yaxınlıqdakı obyektlərin bütün əməkdaşları təxliyə edilib.

Yanğınla mübarizəyə yeddi helikopter və beş təyyarə cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol