Menu

“Ukrayna ilə müharibədə Rusiya siyasi məğlubiyyətə uğrayıb” - Ekspert

30.07.2022, 00:33
“Ukrayna ilə müharibədə Rusiya siyasi məğlubiyyətə uğrayıb” - Ekspert

Rusiya Ukrayna ilə müharibədə siyasi məğlubiyyətə uğrayır və münaqişənin əvvəlində qarşıya qoyduğu məqsədlərinə çata bilmir.

Bu barədə beynəlxalq təhlükəsizlik problemləri sahəsində mütəxəssis Yuri Fyodorov bəyan edib.

«Hər şeydən əvvəl, Rusiya siyasi məğlubiyyətə uğrayıb. Təcavüzdən əvvəl Kreml tərəfindən formalaşdırılmış müharibə hədəfləri, məhz Ukraynanın kapitulyasiyası, onun dövlətçiliyinin məhvi, Rusiyanın protektoratına çevrilməsi və ya hansısa ittifaq dövlətinə daxil edilməsi hədəflərinə çatılmayıb və çatıla da bilməzdi» - ekspert izah edib.

Onun sözlərinə görə, Ukraynada müharibənin yeni hədəfi, hansı ki, Rusiya Federasiyası martın axırında səsləndirib, o, hələ də buna çatmağa cəhd edir. Söhbət Ukraynanın qismən işğalından gedir - Silahlı qüvvələrin məhdudlaşdırılması və neytral status barədə öhdəliklər. Fyodrov əlavə edib ki, Rusiya hakimiyyətinin ambisiyalarının yayıldığı bölgələri sadalamaq çətindir.

«Mümkündür ki, bu ərazilər ki, hazırda işğal edilmiş ərazilərdir. Və ya daha ambisiyalı canatma, o cümlədən, Nikolayev, Odessa, Xarkov vilayəti. Amma cəbhədəki situasiya göstərir ki, bu məqsədlərə nail olmaq mümkün deyil» - o, yekunlaşdırıb.

AzPolitika.info

Şərhlər

B.Qarabağlı 2022-07-30 12:13:25

Dəyərli Y.Fyodorov, Rusiya deyilməsini hələ də doğru saymıram, eləcə Kremlin əski və hazırki müttəfiqlərinə qarşıxarici eksponsionist-işğalçılıq siyasətini məğlubiyyəti nə deməkdir? Əlli-yüz ilə bərpası mümkün olmayan cinayətlərin hansı (bircə kəndin) həmin siyasi məğlubiyyət sağalda bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol