Menu

Avropada meymun çiçəyindən ilk ölüm halı qeydə alınıb

30.07.2022, 11:52
Avropada meymun çiçəyindən ilk ölüm halı qeydə alınıb

İspaniya Səhiyyə Nazirliyi iyulun 29-da 1 nəfərin meymun çiçəyi xəstəliyindən öldüyünü açıqlayıb.

Bu hadisənin Avropada birinci, Afrikadan kənarda isə ikinci hadisə olduğu güman edilir.

Hazırda İspaniya təsdiqlənmiş meymun çiçəyi hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci ölkədir.

Səhiyyə Nazirliyinin hesabatına görə, ölkədə 4298 xəstəliyə yoluxma halı qeydə alınıb ki, onlardan 135 nəfərində ağırlaşmalar olub - "ən çox rast gəlinən ikincili bakterial infeksiyalar və ağız yaraları olub və onlardan biri vəfat edib".

İspaniyadan bir neçə saat əvvəl Braziliyada bir xəstəninin meymun çiçəyi xəstəliyinin öldüyünü açıqlanıb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxs limfoma və zəifləmiş immunitetdən əziyyət çəkən 41 yaşlı kişi olub. /"Azadlıq Radiosu" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol