Menu

Azərbaycanın hərbi gəmiləri Rusiyada keçiriləcək paradda iştirak edəcək

30.07.2022, 13:42
Azərbaycanın hərbi gəmiləri Rusiyada keçiriləcək paradda iştirak edəcək

“Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Rusiya Hərbi Dəniz Donanması (HDD) Gününə həsr olunmuş paradda iştirak etmək üçün Kaspiysk Limanına gəlib”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti məlumat yayıb.

“Gəmi ekipajlarının paradda iştirakı Rusiya hərbi dənizçilərinin Azərbaycan və İrandan olan dənizçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcək”, - məlumatda deyilir.

Bildirilir ki, bayram tədbirlərində Xəzər flotiliyasının 40-dək gəmisi, qayığı və təminat gəmisi, 20-dən çox hərbi və xüsusi texnika, 500-dək hərbçi iştirak edəcək.

Şərhlər

t.ədalət 2022-07-30 15:49:13

Azərbaycan müstəqil dövlkətdirsə,onun hərbi gəmiləri Rus gəmilərlə birlikdə paradda niyə iştirak etməlidir?

aqil 2022-07-30 14:21:32

Ayıb olsun, daha bundan artıq nə etmək olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol