Menu

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

31.07.2022, 09:49
Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub.

“Report” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.

“Bu gün Nikolayev intensiv atəşə məruz qalıb. Yəqin ki, bütün zamanların ən güclüsüdür. Güclü partlayışlar saat birdən sonra və səhər saat beş radələrində eşidilib”- o bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.

“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda ərazidə xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol