ABŞ “ƏL-QAİDƏ”NİN LİDERİNİ ÖLDÜRDÜ - Əfqanıstanda xüsusi əməliyyat keçirilib

“Əl-Qaidə” terror təşkilatının başçısı Ayman Əl-Zəvahiri öldürülüb.

APA Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.

Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.

Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

635x100

Şərhlər

B.Qarabağlı 2022-08-02 10:03:39

Al-Kaida, İŞID və digər qeydiyyatsız, ya məxfi qeyri-qanuni qrupların gerçək, ya əhalini istədikləri kimi idarə etmək blef informasiyalar olması və ya dövlətlərin gizli ortaqları olması sona qədər aydınlaşmır? Getdikcə yeniləri peyda olur? AlKaida niyə Liviya, ya Suriyanı müdafiə etmədi, ya edə bilmədi?

Son yazılar