LAÇIN İSTİQAMƏTİNDƏ ATIŞMA BAŞLAYIB - Əsgərimiz şəhid oldu + FOTO (Yenilənib)

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! 

Allah rəhmət eləsin!

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

***

Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq.

Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

dadaşyev 2022-08-03 18:20:07

Bölgədə əminamanlıq yalnız və yalnız rus sülhməramlıları çıxarılandan sonra baş verə bilər.Bütün bu təxribatlar rusların işidir.Atan kazaklardı yəni.Biz rusları bölgədə saxladığımız müddətcə bu hadisələr bitmək bilməyəcək.Qəti bilmək lazımdır:erməni deyil bu işləri törədən,çünki erməni məhv edilib,uduzub müharibəni,rusdu hər şeyi edən,rus rus yenə də rus.İki xalq yaxınlaşmağa tam yaxın ikən rus yenə pozdu aranı,rus çəkdi gətirdi erməniləri Yerevandan Qarabağa,rus yenə silah verdi onlara.Bunu birdəfəlik anlamalıyıq.Murdarməramlı ruslar rədd olmalıdır Azərbaycandan.Çünki ötən hər gün məsələ daha da qəlizləşir.Rus olmasa iki qonşu xalq mehribanlıqla yaşayacaq,necə ki min illərlə yaşayıb.Rus bir-iki bomba atır biz tərəfə,ermənistan ərazisindən atır deyə biz də məntiqlə elə bilirik erməni atıb,başlayırıq cavab atəşi verməyə,bu səfər erməni atır biz atırıq,rus da xəbərlərində deyir ki "Obostrilsya opyat situasiya vokruq Naqornoqo Karabaxa".

Gəncə 2022-08-03 16:46:40

rus köpəklərinidə erməni dığalıarı ilə birlikdə cəhənnəmə vasil edəcəyik .Az qalıb.

Turan 2022-08-03 16:28:40

Üç bəla var bu dünyanın başında-Amerika Qızıl Rusya Qızıl Çin(ozan Arif)

Eli 2022-08-03 15:36:21

Ne qeder ki dünyada,Yer Küresinde Rusiya adlı dövlet ve rus adlı millet var Dünyata dinclik yoxdur.Nede desen bunlar birincidir: başqa milletlerin haqqını yeyin ,soyqırıma meruzwoymaqda 1- cı,casusluq,alkaşluq.fahişelik ve ne alçaq, iyrenc iş desen bunlar birinci yerdedir.

Asif 2022-08-03 12:52:31

bunun ucun saxlanilmisdi konflikt!esgerimiz her yeri isgaldan azad etmisdi ve bitirmisdi isi,ama saxlanildiki konflikt davam etsin !

X 2022-08-03 11:58:39

Bunun sonu necə olacaq??????. Allah şəhidimize rəhmət eləsin. Yenə bir ocaq sondu. Allah rusların belasın versin ermeni nə zibildi

t.ədalət 2022-08-03 11:55:55

Atəş açan,regionda dinclik yaranmasına əngəl olan putinçi rus hərbiçiləridir.Allah rus hərbiçilərinə lənət eləsin!erməniləri qucaqlarına alıb ərazilərimizdə saxlayan,özlərinin ərzaq paylarını erməni quldurlarla bölüşən rus hərbiçiləridir.Biz,regionda sülhü qoruya bilmədiyinə görə rus hərbiçilərini beynəlxalq məhkəməyə verməliyik.

Son yazılar