BUGÜNKÜ ƏMƏLİYYATDAN İLK GÖRÜNTÜ - 1 hərbi hissə və azı 1 post məhv edilib

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni terrorçu qruplaşmalarına qarşı həyata keçirdiyi cəza tədbirləri nəticəsində Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post məhv edilib.

Bu barədə “Caliber” məlumat yayıb.

Qeyd olunub ki, qanunsuz silahlı dəstələrin üzvləri arasında xeyli sayda ölənlər və yaralananlar var.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

635x100

Şərhlər

Türk Turan 2022-08-03 18:27:59

Bu əməliyyatda mərmi daha dəqiq atılsaydı, əla olardı. Yenə də pis deyil.

Son yazılar