Menu

“Azərpoçt”un əməkdaşı tutulub

04.08.2022, 09:40
“Azərpoçt”un əməkdaşı tutulub

“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Aparılmış araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.

Şərhlər

Aydın 2022-08-04 11:48:47

Azərpoçtda qanunsuzluqlar hökm sürməkdə davam edir, Şəki Regional poçt filialı özü üçün Bazarın qabaq hissəsində icarəyə obyekt götürərək Agentlik yaratmışdır. Agentlikdə yalnız şəxsi maraqlar üçün istifadə edirlər, poçta aid heç bir əməliyyat aparılmır. Agentlikdə yalnız pul mübdadiləsinin dəyişilməsi və özləri üçün ticarət satış malları həyatı keçirilir.. Azərpoçt isə bu qanunsuzluqlara göz yumur ? Agentlikdən 100 metr aralı poçt şöbəsi fəaliyyət göstərir, ancaq elə kəndlərimiz varki poçt şöbəsi yoxdur, ancaq şəxsi maraqlar üçün Agentlk yaradıblar və belə hallar filalda hökm sürməkdə davam edir , aidiyyatı qurumlar isə Seyran Abduləlimovun qanunsuz əməllərinə göz yumurlAR ???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol