Menu

Blinken Çavuşoğluna zəng etdi - Qarabağda hərbi toqquşmalar müzakirə edilib

04.08.2022, 18:00
Blinken Çavuşoğluna zəng etdi - Qarabağda hərbi toqquşmalar müzakirə edilib

ABŞ Dövlət katibi Entoni Blinken bu gün Türkiyənin Xarici Işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Blinken Türkiyənin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı diplomatik səylərini yüksək qiymətləndirib.

Dövlət katibi “Dağlıq Qarabağ münaqişəsi”nə də toxunaraq, ABŞ-ın dialoqa kömək etmək üçün adıçəkilən tərəfdaşlarla, eləcə də Minsk Qrupu vasitəsilə ikitərəfli qarşılıqlı fəaliyyətə hazır olduğunu qeyd edib. Blinken qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında münaqişənin davamlı həllinə kömək edəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol