Menu

ABŞ-dan Qarabağdakı gərginliyə REAKSİYA

04.08.2022, 10:54
ABŞ-dan Qarabağdakı gərginliyə REAKSİYA

“Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq”.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

“Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır”, - Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda qeyd olunur.

Şərhlər

dadaşyev 2022-08-04 13:32:58

"Dərin narahatdırlar" o deməkdir ki,oturduqları stullar cırıldayır ah-uf eləməkdən.Otuz il o qədər narahat olublar ki,Amerikada sağlam stul qalmayıb,hamısı cırıldayır narahatlıqdan,bundan sonra da belə hadisələr olarsa oturmağa stul tapammazlar,yerdən oturmalı olarlar.Odur ki,məsələni sülhlə həll etmək lazımdır.Sülhlə,yəni necə ki,özləri İraqla,Əfqanıstanla,Suriya ilə olan məsələləri vaxtı ilə sülhlə həll elədilər haa,bax o cür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol