Menu

"Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur" - Nikol Paşinyan

04.08.2022, 12:24
"Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur" - Nikol Paşinyan

“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.

“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir: “İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır”.

N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb.

Şərhlər

dadaşyev 2022-08-04 13:24:40

Yəni bunun sözlərindən dünya da anlayır ki,parthapartı törədən,iki xalq arasında sülhün bağlanmasına maneçilik törədən kəsinliklə rus sülhməramlılarıdı.Gəncəyə İskəndər raketi atılanda da açıqca demişdi ki,onu biz atmamışıq.Yəni ruslar atıb. Elə isə biz niyə bunları qoynumuzda ilan bəsləyirmiş kimi bəsləyirik?Hələ iki il deyil gəldikləri,dədələrinin torpağıymış kimi at oynatmaq istəyirlər,daha üç il də qalsalar gör nə paxlavalar yeyərlər bunlar?Sülhməramlılar murdarməramlılardı,rədd olmalıdırlar respublika ərazisindən.Həm də tezliklə.Ukrayna məsələləri açıqca göstərdi rusun həm döyüş qabiliyyətini,həm də silahlarının gücünü.Nüvə silahı isə Pakistanda da boldu.Həm də hərbi ittifaqdayıq Pakistanla.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol