“SPUTNİK-AZƏRBAYCAN”ın REDAKTORLARI İSTEFA VERDİ - Rusiya MN-nin məlumatını verməkdən imtina edərək

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Bununla bağlı istefa verən 4 redaktor sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.

635x100

Şərhlər

B.Qarabağlı 2022-08-05 17:28:32

Qadın-qızlarımızdan daim əmindim ki, onlar Ana Vətənlərini heç NƏYƏ, heç KİMƏ dəyişməzlər! SSRİni də mən buraxılan (mətbu-siyasətlə satılan) ana qədər geniş-bütöv, yəni bölünməz doğulma vətənimiz sanmışam! Redaktor xanıçlarımızın saxtakar təzyiqlərə qarşı vətənpərvərlik sayıqlıqlarına heyran olmamaq mümkün deyil!

Amil 2022-08-05 14:27:39

Aslanın erkəyi,dişisi olmaz.Aslan elə aslandır.

Veten dashi 2022-08-05 13:30:32

Təşəkkür edirik təəsübkeş XANİM_lara.Layiq olduqları dəyər verilməlidir.Məddahlardan,ucüz tərifçilərdən iqtidar imtina etməlidir....Vətəndaş mövqeyi olan bir fərqli düşünən yüz riyakardan daha qiymətlidir.Deputat Vahid Əhmədov nümunəsi bir etalon olmalıdır deyə düşünürəm.İqtidara mövqeyi olan ,fərqli düşünən müxalif düşüncəli şəxs riyakardan daha xeyirlidir məncə..

Eli 2022-08-05 12:56:22

Bu Rusiya Müdafie Nazirliyi yıx,Rusiya Alkaşlar Nazirliyi yazılmalıdır.

Türk Turan 2022-08-05 12:37:25

Qəhrəman redaktorlara təşəkkür edirik, minnətdarıq. Halal olsun!

Kamil Hamidov 2022-08-05 12:25:10

Eşq olsun, vətənini, xalqını sevən jurnalistlərimizə!

Asif 2022-08-05 11:42:32

molodec.bunlar mutleq isle temin olunmalidir

Azer 2022-08-05 11:39:37

Halal olsun!

Son yazılar