Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək

"AzPolitika.info" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Tvitter" səhifəsində yazıb. O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.

"AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə Mişel bildirib.

"AzPolitika.info"