Menu

Fransadan "Qarabağ"a mesajlar

08.11.2014, 22:21
Fransadan "Qarabağ"a mesajlar

“İnter”lə oyunda hər iki komandanın qalib gəlmək şansları var idi. Hətta ilk hissədə rəqib hesabı 0:2 edə bilərdi. Biz isə ikinci hissədə daha inamlı təsir bağışladıq. Ancaq doğma meydanda “İnter”ə qalib gəlməli idik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasını qrup mərhələsindəki rəqiblərindən olan “Sent-Etyen” klubunun futbolçusu Fabien Lemuan İtaliya “İnter”i ilə oyun (1:1) haqda danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən fransız yarımmüdafiəçi “pley-off”a adlamaq şanslarından və növbəti turda “Qarabağ”la qarşılaşacaqları oyundan da danışıb:

“Dnepr”in “Qarabağ”a qalib gəlməyi bizi ikinci pilləyə yüksəltdi. Ancaq üç komandanın dörd xalı var. Bu isə hər üç komandanın “pley-off”a çıxmaq şansının olduğunu göstərir. Qarşıda iki vacib oyunumuz var. Birinci matçımız doğma meydanda “Qarabağ”a qarşı olacaq. Bu görüş qrupdan çıxmaq baxımından həlledici olacaq".

Xatırladaq ki, “Sent-Etyen” – “Qarabağ” matçı noyabrın 27-də, Fransada keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol