Menu

Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib

06.08.2022, 18:39
Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 452 yeni yoluxma qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək ümumilikdə 7 066 158 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol