“MEHDİ”LƏR GƏLDİLƏR, AMMA ƏZ-ZAMAN DEYİLLƏR...

Mirzə AĞ

Yaddaşı yerndə olan Azərbaycan insanları xatırlayırlar ki, bir müddət əvvəl Yevlax rayonundakı Sahib Alıyev adına orta məktəbin riyaziyyat müəlliməsi Nailə Babayevanın 6-cı sinif şagirdlərinə «Fərmandeh» mərsiyəsi öyrətdiyi barədə informasiya yayılmışdı. 

İnformasiyada deyilirdi ki, bu müəllimə (əslində nadan-şarlatan-casus) öyrətiyi mərsiyədə (bundan da axmaq fəaliyyət olarmı? - mərsiyə oxumaq!) uşaqlara deyirmiş ki, Mehdi əz-Zaman (rəvayətə görə, qeyb etmiş imam) gələcək və guya Azərbaycanda şiələrin qətliamı gözlənilir - guya Türkiyə, İsrail (?-M.A.) Azərbaycandakı şiələri qətliam edəcəklər. Və mərsiyənin bir neçə yerində Nailə müəllimə (İran casusu!) Mehdi əz-Zaman əvəzinə, ayətullah Xameneinin adını çəkirmiş. Guya Xamenei «fərmandehdir» və gəlib Azərbaycanda şiələri xilas edəcək və s.

Əvvəla, qeyd etmək istəyirəm ki, Xameneinin fərmandeh olub-olmaması barədə konkret fikir söyləməkdən uzağam, nədən ki, bu molla başqa dövlətin (İran-Vartan Respublikasının!) vətəndaşıdır, dövlətin özü isə teokratikdir. Amma bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Xameneinin fərmandeh olmasının və Azərbaycana nə məqsədlə gələcəyinin səbəbləri barədə Nailə müəllimədən mütləq soruşmaq lazım gələcək. Nədən ki, son bir neçə gün ərzində yerli KİV-in yaydığı məlumatlardan görünür ki, Nailə müəllimənin elən etdiyi və həsrətlə gözlədiyi «Mehdi»lər gəliblər, fəqət onlar əz-zaman (fərmandeh) yox, əslində, terrorçu, dələduz və şarlatan çıxıblar. Hesab edirəm ki, bu barədə də Nailədən soruşmaq lazım gələcək.

Mən isə “mehdilərin” təşrifini sıralamaq istəyirəm. Ondan başlamaq istəyirəm ki, bu günlərdə Bakıda özünü Mehdi-əz-Zaman adlandıran Aqil adlı şiə sadəlövh vətəndaşları aldadaraq, onların milyonlarla pulunu mənimsəyibmiş! Bu da olurmuş şiə əz-zamanlığı - TFU!

Başqa bir informasiyada isə deyilir ki, «pətəyi» İranda yerləşən şiə dairələri Azərbaycan hakimiyyətindən «narazılıq» ediblər ki, Azərbaycan dövləti bu ölkədə məhərrəmlik (Aşura) mərasimlərinin keçirilməsinə mane olur. Sən demə, onlar əslində Azərbaycanda dini dövlət elan etməyi arzulayırmışlar. Çox şükür ki, mümkün deyil və əslində sarsaq fırıldaqdır. Məlum olduğu kimi, Azərbaycanda müasir demokratik dünyada olduğu kimi, din dövlətdən ayrıdır, həm də insanların dini etiqad inancları dövlətin qanunları ilə qorunur. Bundan artığı isə Azərbaycanda heç kimə lazım deyil. Digər tərəfdən, Azərbaycanda heç kim məhərrəmlik mərasimlərinin əleyhinə deyil, amma hər şey qanun çərçivəsində və qədərində olmalıdır. Təəssüf ki, bir sıra fırıldaqçı ünsürlər din pərdəsi altında cinayətkar fəaliyyətlə, şarlatanlıqla gəlir əldə etmək yolunu tutublar. Məsələn, Aşura günü «Qasım otağı» bəzəmək və yuxarısında pul tullamaq üçün «deşik açmaq». Axı, kütlə heç bilmir ki, Qasım kimdir və nə üçün ona otaq bəzəyib, şəbih çıxarırlar? Bilənlər də bu fəaliyyətə istehza etməkdən çəkinmirlər. Belə ki, insanların bir çoxu 3-cü 4-cü, 5-ci babasının, nənəsinin adını bilmir, bəziləri isə heç valideynlərinin təvvəlüdünü, vəfat etmə tarixini unudublar. Belədə, 7-ci əsrdə bir dəstə ərəbin bir qrup ərəbi qətlə yetirməsinin bizlərə nə dəxli olduğunu anlamaqda çətinlik çəkirəm.

Əslində, məsələ belə olub ki, 7-ci əsrdə İslam dünyasında misli görünməmiş hadisə baş verib - xəlifə Yezidin bir qrup tərəfdarı hakimiyyət (xəlifəlik) uğrunda mübarizə səbəbilə İslam peyğəmbəri həzrəti Mühəmmədin nəvəsi, imam həzrət Əlinin oğlu Hüseyni və ailəsini Kərbəla çölündə qətlə yetirib. Beləliklə, öldürən ərəb, ölən ərəb, bəs bizlərə nə düşüb ki, özümüzü cırırıq? Psevdo-Mehdi kimi, Nailə kimi fırıldaqçılar da baxıb, gülməkdən uğunub gedirlər.

Müqayisə üçün bildirmək yerinə düşər ki, xristian inancına görə, xilaskar İsa (İsus Xristos) peyğəmbəri də əleyhdarları çarmıxa çəkməklə, qətlə yetiriblər, amma hər il bu hadisənin yubileyində, xristianlar bayram edir, yumurta boyayıb, yeyib-içir və bir-birini tərik edir, «Xristos voskres» (İsa dirilib) deyib də bir-birini öpürlər, vəssalam! Guya, xristianlar İsa peyğəmbəti şiələrin Hüseyni sevdiyindən az sevirlər?

Növbəti xəbərin üzərində dayanmağa dəyər. Londonda Azərbaycan səfirliyinə edilən barbar hücumun arxasında da şiə dairələrinin (fərmandehin) dayandığı şəbhə doğurmur. Bütün bunlar göstərir ki, «pətəyi» İranda olan şiə dairələri ölkəmizdə dərindən-dərin kök salıb, casus şəbəkəsi qurub, anti-Azərbaycan, anti-türk təbliğatı aparırlar. 

Bax, buna qarşı amansız, barışmaz ümumxalq mübarizəsinə qalxmaq, bu məsələdə Azərbaycan dövlətinə yardımçı olmaq lazımdır. Bilmək lazımdır ki, zəif hakimiyyət, zəif dövlət miskin-yoxsul vətəndaş deməkdir. Güclü Azrbaycan yolunda hər kəsə uğur, qətiyyət, ardıcıllıq, millətə isə sıx birlik arzulayırıq - YOLUMUZ İŞIQLI OLSUN!

635x100

Şərhlər

Aborigen 2022-08-20 16:37:09

Hörmətli müəllif!! İnsanları dindən yox, xurafatdan çəkindirmək lazımdır. Çox təəssüf ki, Siz dinlə xurafatı qarışdırısınız və hər şeyi baş-ayaq görürsünüz. Çox təəssüf!

Müəllim 2022-08-08 00:00:33

Nə qədər primitiv, aşağı səviyyəli münasibətdir. Bu yazarın heç İslam dinindən anlayışı yoxdur!

Bashirov Qarib 2022-08-07 17:46:16

Mirzə Ağ cənabları,imza atdığınız çap olunan butun yazılarınızın demək olar ki hamısını oxumuşam. Yaşca sizdən boyukəm. Bilmədiyiniz işə girişməyin. Gucə duşərsiniz.

korrektor 2022-08-07 16:23:14

Mirzə müəllim! Mövqeyinizi dəstəkləyirik! Yazıya görə Sizə dərin təşəkkür edirik! Çox Sağ olun!

Türk Turan 2022-08-07 16:23:06

Allah irana lənət eləsin. Hz. Hüseyn başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin. Hz. Hüseyn bir ərəb olmaqla yanaşı, həm də bir İslam mücahidi, haqq uğrunda şəhadətə çatmış misilsiz xidmətləri olan şəxsiyyət idi. Lakin məsələ vətənin azadlığıdırsa, gerisi təfərrüatdır. Xürafatlara da yox deyirik. Öncə vətən!

Mubariz 2022-08-07 13:16:45

Gerizəkalılar sizlərin nə İslamdan ,nə Qurandan xəbəiniz var ,heç ali savad demirəm , oxumağı bacarmırsız ,zavallılar . Ağıllı insanla bu din pərdəsi altındakı oyunlar görür və bu xurafatdan uzaqlaşır . Qırın ir- birinizi şiələr ,sünnülər ,vahabilər və s. Yazara afərin

t.ədalət 2022-08-07 12:36:25

Mirzə müəllim,mövzunuz yaxşıdır.Ancaq İmam Hüseyni və ailəsini qətlə yetirən ərəb deyil,yezuit kürdləridir.Burda bir az diqqətli olmaq lazımdır.Həmin kürdlər ki,bu gün PKK paltarına bürünüb qardaş Türkiyəni terrorla hədələyirlər.Şiəlik,bəli,razıyam ki,ermənilik kimi bir şeydir.İran,ermənilərlə əlbir olub bu "təriqət" vasitəsi ilə bizi və Türkiyəni təqib edir.

Yahya 2022-08-07 12:33:39

Mirzə Ağ..özümüzü cırırıq nədir?Mirzə olmağına sözüm yoxdur ..amma qarasan ki, qara..

Asif 2022-08-07 12:16:48

redd etmek lazimdir bu cehaleti olkeden.onlar ele qorxudan kole olublar bele nagillara.paz qorxusu onlari kole edib.elü paznansa onlari duz yola qaytarmaq lazimdir.mentoq suur ehli deyilki ona gore davranis yolu axtarasan .dovletimiz milletimizin geleceyi ucun bu zomboleri ram etmek lazimdir

Izləyici 2022-08-07 11:11:03

"Belədə, 7-ci əsrdə bir dəstə ərəbin bir qrup ərəbi qətlə yetirməsinin bizlərə nə dəxli olduğunu anlamaqda çətinlik çəkirəm." - savadın, ağlın çatmır, ona görə anlamaqda çətinlik çəkirsən!

Elxan 2022-08-07 11:09:32

Saq ol qardasim!!! Tanri Turku qorusun!!!

Müəllim 2022-08-07 10:47:36

Möhtəşəm! Allahim can Azərbaycanımızı qoru! Mirzə Ağ qələminizə qüvvət qardaş

Son yazılar