Menu

Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub

07.08.2022, 11:42
Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub

Çin ordusunun Hərbi Hava Qüvvələrinə məxsus azı 20 təyyarə bu gün Tayvanın hava məkanı hesab edilən zonaya daxil olub. Məlumatı Tayvan administrasiyası yayıb.

Hərbi manevrlər nəticəsində hər hansı insidentin qeydə alınmadığı bildirilir.

Qeyd edək ki, avqustun 4-dən etibarən Tayvan ətrafındakı günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Səbəb ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri və bu səfər ətrafında Çinlə ABŞ arasında yaranan siyasi qarşıdurmadır.

Şərhlər

t.ədalət 2022-08-07 12:00:42

Çin də öz sonuna hazırlaşır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol