Menu

Antalya şəhərinin Kaş rayonunda zəlzələ olub

07.08.2022, 17:42
Antalya şəhərinin Kaş rayonunda zəlzələ olub

Türkiyənin Antalya şəhərinin Kaş rayonunda 4,1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 12:05-də baş verən yeraltı təkanın ocağı 31,89 km dərinlikdə olub.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol