Menu

Türkiyə XİN başçısı Azərbaycanla əlaqələrdən danışıb

08.08.2022, 13:18
Türkiyə XİN başçısı Azərbaycanla əlaqələrdən danışıb

“İyunda Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan formatını yaratdıq. Keçən həftə isə Azərbaycan və Özbəkistan nümayəndələri ilə Daşkənddə üçtərəfli formatda görüşdük”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Ukrayna və Rusiya nümayəndələrinin görüşünə ev sahibliyi etməyimiz Türkiyənin vasitəçilik təşəbbüslərinin nəticəsidir. Həmçinin qlobal ərzaq təhlükəsizliyinin qarşısını almağımız da bu cəhdlərimizin göstəricisidir”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol