Menu

"Şimal axını-2”nin nəqli bərpa olunmayacaq" - Almaniya kansleri

08.08.2022, 17:06
"Şimal axını-2”nin nəqli bərpa olunmayacaq" - Almaniya kansleri

“Təbii qazla təminatın vəziyyəti ağır olsa belə “Şimal axını-2”nin nəqli bərpa edilməyəcək”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltsun adından hökumətin sözçüsü Şteffen Xebeştrayt bildirib.

Məlumata görə, Rusiyanın “Qazprom” şirkəti faktiki olaraq bir müddət əvvəl “Şimal axını-1”in kəmərlərini faktiki olaraq təmir etməkdən imtina edib. Bildirilib ki, bu, Avropa İttifaqı ölkələrinin bəhs edilən kəmərlə “mavi yanacaq” tədarük edəcəkləri ümidini puça çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol