“Onun daz başını parçalayaram, didərəm...” - Tanınmış teleaparıcı Putin barədə deyib

Tanınmış ukraynalı teleaparıcı və bloger Maşa Yefrosinina (onun əri könüllülər sırasında döyüşür) etiraf edib ki, rusiyalı diktator Vladimir Putini öldürməyə hazırdır.

Bu barədə o, Olesya Basmanla müsahibəsində deyib - bu suala cavab verib ki, Putinin yanında peyda olsa, nə edərdi?

«Kimsə sənə «onu öldürərdim»dən başqa cavab veribmi? Mən isə onu didib-parçalayardım. Mənə elə gəlir ki, məndən əjdaha çıxardı. Mən, bax indi bu səhnəni təsəvvür edirəm» - Yefrosinina etiraf edib.

O, həm də diktatoru qətl edəcəyi üsulları sadalayıb. «Üsullar barədə. Mən, onun tüksüz başından yapışardım və iyrənc boğazını parçalayardım. Didərdim onu. Mən, onu məhv edərdim. Mən, bunu müharibədə başa düşdüm ki, biz hansısa xüsusi gücə malikik. Başa düşürsən? O, bizi daxildən üzür, çünki özündə bu qədər stress daşımaq olmaz. Amma orada mən, artıq əlbəttə, bu stressdən tamamilə aralanardım - bu otaqda olduğu kimi» - Yefrosinina deyir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2022-08-09 12:22:17

Belə qızı olan xalq məğlub olmaz.

Son yazılar