“Rusiya vətəndaşlarına qarşı növbəti nasist sərsəmləməni eston xala söyləyib. O deyib: “Avropanı ziyarət etmək insan haqqı deyil, imtiyazdır”.
“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev tviterdə yazıb.
“Elə ona digər sözləri xatırlatmaq istəyirsən: “Əgər siz azadsınızsa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”, - o vurğulayıb.
Qeyd edək ki, D.Medvedevin Estoniya Baş naziri Kaya Kallasın ünvanına dediyi bu sözlər sovet Rusiyasının Əks-İnqilab və Sabotajla mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyasının banisi, məşhur inqilabçı Feliks Dzerjinskiyə məxsusdur. O vaxtilə deyib: “Əgər sizin məhkumluğunuz yoxdursa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”.
Xatırladaq ki, Estoniyanın Baş naziri Avropa İttifaqı (Aİ) ölkələrini rusiyalılara turistik vizaların verilməsini dayandırmağa çağırıb.


Şərhlər
Bu adamın baş quruluşu ondan xeber verir ki bu uşaq vaxtı raxit xesteliyi keçirib ve mütexessisler yaxşı bilir ki bunda derin ağıl ola bilmez,içir “baş işleyir” çerenleyir ,sonra yeniden vurur növbeti “tapşırıq” gelende başlayır “ dahiyane” fikirlerini cemiyyete ötürmeye.
Dimaya axırıncı rumkanı kim süzdü?
Əgər siz Rusiya olaraq mövcudsunuzsa bu sizin xidmətiniz deyil qərbin nöqsanıdır.