Ərdoğan “Abdülhamid Han” qazma gəmisinin yola salınma mərasimində iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qazma gəmisi olan “Abdülhamid Han”ın ilk missiyaya yola salınması mərasimində iştirak edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, əvvəlcə göyərtəsində Türkiyə Prezidentinin olduğu helikopter ölkənin Cənubundakı Mersin vilayətinin Taşucu dəniz limanında qazma gəmisinin olduğu yerə enib.

Yola salınması mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib.

Qeyd edək ki, yeddinci nəsil qazma gəmisinin uzunluğu 238 metr, eni isə 42 metrdir.

“Abdülhamid Han” 12,200 metrə qədər dərinlikdə qazma işləri apara bilər.

Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar