Menu

"Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır" - Azərbaycan lideri

09.08.2022, 16:59
"Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır" - Azərbaycan lideri

"Bu dəfə bu oyunlar Bakıdan sonra Konyada keçirilir. Qardaş ölkədə keçirilir".

"Report"un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, Türkiyədə bu oyunların keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Biz çox şadıq ki, bu oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu oyunlar həm idman bayramı, həm İslam həmrəyliyi bayramı kimi yadda qalacaq", - Prezident vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol