Ukrayna Belarusla təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırıb

Ukrayna Nazirlər Kabineti Belarusla təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

Onun sözlərinə görə, bu gün Ukrayna Daxili İşlər Nazirliyi ilə Belarus Daxili İşlər Nazirliyi arasında bağlanmış müqaviləyə xitam verilib.

Qeyd edək ki, bu müqavilə 1992-ci ildə imzalanıb. Sənəd Ukrayna və Belarusun təhlükəsizlik qüvvələrinə qarşılıqlı əlaqə saxlamağa və birgə araşdırmalar aparmağa imkan verdi.

Xatırladaq ki, bundan əvvəl hökumət Belarusla daxili su yollarında naviqasiya haqqında müqaviləyə xitam vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar