“ƏRDOĞAN KADIROVLA GÖRÜŞDƏN İMTİNA EDİB” – “Putin onları görüşdürmək istəyirdi”

Avqustun 5-də Soçidə keçirilən Ərdoğan-Putin görüşünə Çeçenistan rəhbəri Ramzan Kadırovun da qatılacağına dair bir çox mətbu orqanlarda məlumat verilmişdi. Hətta həmin gün Kadırovun Putinin iqamətgahına gəlişini və binaya daxil olmasını əks etdirən videokadrlar da yayılmışdı. Kadırovun özü də belə bir niyyətinin olduğunu gizlətmirdi. Lakin məlum olub ki, belə bir görüş baş tutmayıb.

“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı hüquqşünas, Rusiya müxalifətinin ən fəal üzvlərindən olan Mark Feyqin Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri zamanı Kadırovla hər hansı formada görüşdən imtina etdiyinə dair məlumata malik olduğunu bildirib: “Ərdoğan Kadırovla görüşməyib. Onu görüşə buraxmayıblar. Onu gətiriblər, ancaq heç kim onunla görüşməyib. Sadəcə, şəkil çəkdirib və gedib. Putin istəyirdi ki, Kadırov Ərdoğanla görüşdə iştirak etsin. Ancaq bu, baş vermədi”.

Kadırov da Ərdoğanla görüşə dair heç nə deməyib və bildirib ki, Soçidə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanla görüşüb. Ancaq mətbuatın yazdığına görə, əsas məqsəd məhz Ərdoğanla görüşmək idi. Türkiyə tərəfi isə Kadırovun Çavuşoğlu və Fidanla görüşünə dair hər hansı məlumat yaymayıb.

Putinin nədən Kadırovu Ərdoğanla görüşdürmək istədiyinə aid hər hansı rəsmi məlumat yoxdur. Ancaq ekspertlər hesab edirlər ki, Kadırovun məqsədi ötən il Türkiyədə yaşayan müxalif çeçen siyasi fəallarını qətlə yetirmək istəyərkən türk xüsusi xidmət orqanları tərəfindən həbs olunan bir qrup çeçen əsilli şəxsin azadlığına nail olmaqdır. Onların bu cinayəti Çeçenistan rəhbərliyinin sifarişilə həyata keçirmək istədikləri bildirilir. Məlum olduğu kimi, bundan öncə də dəfələrlə çeçen siyasi fəallar Türkiyədə qətlə yetirilib və bunun sifarişinin Qroznıdan gəldiyi heç kimdə şübhə doğurmur. İndi Türkiyə həbsxanasındakı “killerlər”in məhkəmədə hansı ifadələr verəcəyini nəzərə alsaq, Kadırovun narahatlığını anlamaq çətin olmaz...

Ümumilikdə isə Kadırov heç vaxt Türkiyə ilə bağlı birmənalı mövqeyə malik olmayıb. O, dəfələrlə Türkiyəni özünə rəqib bildiyi “çeçen terrorçuları” himayə etməkdə günahlandırıb və Türkiyədə Cövhər Dudayevə heykəl qoyulmasına, küçələrə onun adının verilməsinə etiraz edib. Hətta buna cavab olaraq, Qroznıda PKK lideri Abdulla Öcalana heykəl qoyacağı ilə hədələyib.

Xatırladaq ki, Kadırov Mariupoldakı “Azovstal” zavodundan ukraynalı döyüşçülərin və onların ailə üzvlərinin təxliyəsi ilə bağlı Türkiyə rəhbərliyinin təşəbbüsünə də qeyri-adekvat münasibət bildirərək, Ərdoğana müraciət etmişdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyası “Azovstal”da qalmış “Azov” alayının nasistlərini təxliyə etməyə hazır olduğunu açıqlayıb. Hörmətlə müsəlman dövlətinin rəhbərinə xatırlatmaq istərdim ki, “Azov” alayı faşist-millətçi cinayətkar silahlı qruplaşmadır. Onların sizi aldatmasına icazə verməyin”.

Ancaq belə görünür ki, bütün bunlara baxmayaraq, Kadırov yenə özündə Ərdoğanla görüş tələb edəcək sifət tapa bilib. Lakin istəyi baş tutmayıb...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

vetendash 2022-08-11 16:15:32

Internetde rus dilinde melumatlar yayilmishdi ki, Kadirov , bir qrup texribatchi - provokator , chechen milletli, kriminal canileri , maskalanmish, saxta ad ve soyadlarla hazirlanmish pasport - lar ile temin etmish ve gondermishdi Turkiye erazisine, meqsed : Ramzan Kadirov rejimine muxalifet olan ve Turkiyede siyasi muhacir statusunda, siqinacaq almish chechenleri mehv etmek olmushdur, bu barede , vaxtinda, chox boyuk deqiqlikle, Turkiyenin Dovlet MEXVI KESHFIYYAT IDARESI , MELUMAT ALIB ve bu , kriminal - chechen canilerinin choxlarini TURKIYEDE HEBS EDIB, Ramzan Kadirovun, ozunun yaratdiqi , bashchiliq etdiyi , bu qeddar, repressiv, kriminal rejiminin zulmunden qachan ve Turkiyede siyasi muhacir statusu alan chechen muxalifetchilerini mehv etmek isteyi bash tutmayib, chox hiyleger Ramzan Kadirov, fursetden istifade ederek, isteyib ki, Putin bunu gorushdursun Erdoqan ile ve Kadirov xahish etsin Erdoqandan , TURKIYEDE HEBSXANADAN AZAD OLUNSUN KRIMINAL - CHECHEN , BANDITLERI, LAKIN, Erdoqan , SERT TERZDE , IMTINA EDIB Kadirovla gorushmekden. Bu Kadirovun rejimine, NIFRET EDIRLER Shimali Qafqazda yashayan xalqlar, chunki, .........putler

Elmira 2022-08-10 09:16:06

Bu Kadırov nə qədər zombiləşib, iblisə dönüb! Dəhşət!

esger 2022-08-10 08:38:50

Gec tez məsələsində hamişə gec olur

Rehman feyziyev 2022-08-10 06:44:11

Kul olsun kadirovun bashina. Ozunu goyub axrinci yola. Tfu kadirovun sifetine

Camaat 2022-08-09 23:53:49

Az qalıb bu gədənin şalvarını elə çeçenlər özləri soyunduracaqlar.

Eli 2022-08-09 22:19:50

Tarixde bele şeyler çox olub,düşmene satılıb öz milletinin azadlğına qenim kesilenker gec rez öz layiqli cezalarını alıblar:ömürlük ümumxalq nifretş.

t.ədalət 2022-08-09 21:59:55

Kadrovun hörməti,ancaq terrorbaşı Putinin yanındadır.

Son yazılar